Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb
Narkotik

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarış İdarəsininin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmi E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini “Eliş” ləqəbəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kq və qarabazarda satış dəyəri 300 000 manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstan Respublikasından gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib.

Saxlanlın şəxslər maddi sübutlar ilə birlidə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »