Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 21 yanvar, 2021
Günün ulduz falı: 21 yanvar, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 21 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ümumən, günün əvvəlində fitnə-fəsaddan qaçmaq çətin olacaq. Bu, hər kəsin öz baxışlarını qorumağa çalışdığı zamandır; yalnız ağıllılar başqalarını dinləməyi bacarırlar. Uzun müddətdir davam edən fikir ayrılıqları, o cümlədən maliyyə və əmlak məsələləri ilə əlaqəli mübahisələr daha da kəskinləşə bilər. Güzəştə getmək mümkündür, amma buna can atmalısınız: hər kəs üçün uyğun olan ümumi çıxış yolu asanlıqla tapılmayacaq.

Qoç bürcü Qoç bürcü

Qoç - Özünüzü idarə etmək çox çətin olacaq, amma bu, çox lazımdır. İndi duyğularınızı boş buraxsanız, düzəldilməsi çox çətin olan səhvlər edəcəksiniz. İşdə darıxdırıcı atmosfer, pulla bağlı pis qərarlar ola bilər. Açıq görünənləri yoxlamaq üçün tənbəllik etməyin: birdən özünüzün və sizinlə həmfikir olan insanların səhv etdikləri ortaya çıxa bilər. Təfərrüatlara diqqət bir çox xoşagəlməz halların qarşısını alacaq.

Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizə müdaxilə edəcəklər və bu, diqqətinizi daha çox cəmləmək istədiyiniz zaman baş verəcək. Belə anlarda cavab olaraq sərt sözlər söyləməyə məcbur olacaqsınız. Hərçənd səbrli olmaq daha düzgün yanaşma tərzidir.

Buğa - Hər şey yaxşı gedəcək. Xüsusilə uğurlu bir gündür. Müstəqil fəaliyyət göstərməyə çalışmayan, kənardan köməyi qəbul edən, müttəfiqlər tapan və onlarla zəfər sevincini səxavətlə bölüşən Buğalar uğur qazanmağı bacaracaqlar. Yəqin ki, sonda dostluq münasibətlərinə çevrilə bilən əməkdaşlığın başlanğıcı qoyula bilər. Romantik münasibətlər də istisna deyil.

Bu gün həyatınıza yeni bir şey gətirmək, vərdişlərinizi dəyişdirmək, əvvəllər yalnız ehtiyatla maraqlandığınız işi görmək üçün yaxşı vaxtdır. Bu cür işlərdə şanslı olacaqsınız.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Günün başlanğıcı maraqlı və sərfəli olacaq. Bu zaman bir çox yaxşı fikirlər ortaya çıxacaq; onları təxirə salmadan həyata keçirtməyə çalışın. Təəssüf ki, müsbət tendensiyalar uzun sürməyəcək, buna görə də səhər saatlarında vaxt itirməyin.

Günün ortası yeni narahatlıqlar və problemlər gətirəcək. Bu zaman yalnız özünüzün deyil, başqalarının da işlərini görməli olacaqsınız. Bir çox Əkizlər üçün bu, ciddi şəkildə cansıxıcı olacaq. Bundan əlavə, ətrafınızdakılar sizə kömək etməkdənsə tez-tez müdaxilə edəcəklər və bol-bol tənqidlər yağdıracaqlar. Səbr möcüzələri göstərməli olacaqsınız, çünki münaqişələrdən çəkinməyin yeganə yolu budur.

Xərçəng - Səhər işgüzar danışıqlar üçün idealdır. İstənilən görüş çox uğurlu ola bilər: dərhal həmsöhbətlərinizin rəğbətini qazanacaqsınız, əksər hallarda rəqiblər də sizin tərəfinizi tutacaqlar. Mühüm qərarlar günortadan əvvəl verilməlidir; bu zaman vəziyyəti düzgün qiymətləndirəcəksiniz, bu anlamda səhv ehtimalı minimumdur.

Daha sonra istirahət üçün əlverişli vaxt gələcək. Hədddən artıq yüklənməməyə çalışın, səhhətiniz üçün zərərlidirlər. Axşam saatlarına mürəkkəb söhbətlər planlaşdırmayın; xoşagəlməz düşüncələrdən qurtulmaq çətin olacaq.

Şir bürcü Şir bürcü

Şir - Başqaları ilə yaxşı münasibətlər qurmaq asan olmayacaq. Xırda şeylərdən inciyə, daha sonra peşman olacağınız ağır sözlər deyə və ya xoşagəlməz hərəkətlər edə bilərsiniz. Bəzən xoşagəlməz xatirələr hazırda ətrafınızda baş verənlərə diqqətinizi yayındırır və səhv qərarlar verirsiniz. Unutmayın ki, tələsməyinizə ehtiyac yoxdur, sakitcə düşünmək, hərəkət planı qurmaq üçün kifayət qədər vaxtınız var.

Təhsil almaq, məlumatlarla işləmək üçün əlverişli gündür. Məsələləri prioritet qaydada sıralamaq asan olacaq, gördüklərinizdən düzgün nəticə çıxarmaq asanlaşacaq. Bundan əlavə, əvvəllər əldə etdiyiniz bilik və məlumatlar da faydalı olacaq.

Qız - Günün ilk yarısında uğursuzluq gözlənilir; vacib məsələlərlə bağlı qərarları günün bu saatlarında vermək məsləhət deyil. Amma tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək, səhvlərinizi düzəltmək, maraqlandığınız şeyləri əldə etmək üçün fürsət yaxalayacaqsınız. Təşəbbüskar olmaq vacib şərtdir. Oturub gözləməyin ki, kimsə sizə nəyisə təklif edəcək; özünüz cəhd etməlisiniz.

Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Günortadan sonra yaxınlarınızla ünsiyyət, bir növ ailədadaxili fəaliyyət üçün əlverişlidir. Ciddi məsələləri müzakirə edə bilərsiniz: fikir ayrılığı olmadan danışıqlar apara biləcəksiniz.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Uğurlu gün vəd olunur. Məhsuldar, maraqlı və hadisələrlə zəngin gün yaşayacaqsınız. Özünüz və ətrafınızdakı insanlar üçün çox faydalı işlər görə bilərsiniz. Mürəkkəb işləri də asanlıqla həll edə biləcəksiniz. Çətinliklərin öhdəsindən gəlmək üçün uzun müddət beyninizi yormağa da ehtiyac olmayacaq. İntuisiyanıza uyğun hərəkət etmək kifayət edəcək.

Küsülü olduğunuz insanlarla barışmaq şansınız olacaq. Mümkündür ki, son vaxtlara qədər sizi dəyərsiz sayan insanlar sizə qarşı münasibətlərini dəyişsinlər. Nağd pul gəlirləriniz ola bilər. Faydalı olacaq - yaxşı alış-veriş etməyə imkan verəcək.

Əqrəb - Əsəbləşməsəniz, gün yaxşı keçəcək. Heç də bürcün bütün nümayəndələri sakit olmağı bacarmayacaqlar, çünki bu gün müəyyən problemlər ortaya çıxa bilər, gərgin anlar və gözlənilməz çətinliklər əsəblərinizi gərginləşdirə bilər. Amma hisslərinizin ipini yığa bilsəniz, şübhəsiz ki, yaxşılığa doğru dəyişiklik etmək üçün bir çıxış yol tapacaqsınız.

Günün ikinci yarısı gözlənilməz görüşlərlə sizi sevindirə bilər. Darıxdığınız insanlarla görüşmək üçün də yaxşı zamandır. Köhnə tanışlarla xoş söhbətlər gözlənilir. Onlar üçün maraqlı təkliflər verməyiniz mümkündür.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Bir çox maraqlı imkanlar vəd edən yaxşı bir gündür. Yeni təcrübələr xoş təəssürat yaradacaq. Adətən, çoxlarının uğursuz olduğu işlərdə və cəhdlərdə yüksəliş əldə etməyə nail olacaqsınız. Amma qərarları hisslərinizlə deyil, sağlam düşüncə və həyat təcrübəsinə arxalanaraq verin.

Xüsusilə maliyyə məsələlərinə qarşı diqqətli olmalısınız. Riskli vəziyyətlərə düşə bilərsiniz.

Gün şəxsi münasibətlər baxımından uğurlu fürsətlər təqdim edəcək. Sevdiyiniz insanlarla ünsiyyətdən zövq alacaqsınız.

Oğlaq - Uğurlu, məhsuldar, zəngin bir gündür. Əvvəllər çətin görünən işlər də daxil olmaqla bir çox işlərdə uğur qazana bilərsiniz. Köhnə və yeni tanışlar kömək edəcək, hətta son vaxtların rəqibləri də sizinlə eyni mövqedə dayanacaqlar. Əvvəllər tamamilə quru və rəsmi olan münasibətlər daha isti və səmimi olacaq.

Günortadan sonra yaxşı ideyaların doğulduğu bir vaxt olacaq. Bu ideyalar dərhal həyata keçirilə bilməsə də, sonradan böyük uğurların bir parçasına çevrilə bilər.

Axşam yalnız sizin üçün deyil, yaxınlarınız üçün də vacib olan şad xəbərlərlə sevindir bilər.

Dolça bürcü Dolça bürcü

Dolça - Çətin gündür. Amma çətinlikləri adlamağın mükafatı da olacaq. Tələsmədən yola davam edin - xüsusən vacib məsələlər və vacib qərarlar barədə danışarkən diqqətli və ehtiyatlı olmalısınız. Boşluqları doldurmaq üçün vaxta ehtiyacınız var; tələsməyə çağıranlara qulaq asmayın.

Perspektivli sövdələşmələr mümkündür. Əvvəllər biznesdə olmayan bürc nümayəndələri də bu anlamda şanslı ola bilərlər. Əməkdaşlıq üçün maraqlı təkliflər almağınız göslənilir - hazır olun!

Günün ikinci yarısı bəzi köhnə səhvləri düzəltməklə yanaşı, son vaxtlar gərgin olan münasibətlərə də düzəlişlər etmək üçün fürsət verəcək. Sevdiklərinizə qarşı diqqətli olacaqsınız, onlar da eyni əhvalda reaksiya verəcəklər.

Balıq - Günün əvvəlində çətin və faydalı bir iş görə bilməyəcəksiniz. Bu saatları demək olar ki, boşuna xərcləyəcəksiniz. Güc toplamaq çətin olacaq. Diqqətinizi cəmləməkdə çətinlik çəkməyiniz bütün işlərdə uğursuzluğa gətirib çıxaracaq. Ona görə də işləri sonraya təxirə salmağa məcbur olacaqsınız. Amma saatlar ötdükcə güc və enerjiniz artmağa başlayacaq, diqqətiniz itiləşəcək. Hərəkət etmək istəyi yaranacaq və görməli olduğunuz işləri də rahatlıqla müəyyən edəcəksiniz.

Xoş görüşlər, maraqlı tanışlıqlar həyatınıza girəcək. Çoxlarında xoş təəssüratlar yaratmaqla daha güclü münasibətlərə yol açacaqsınız. Sizi ilk dəfə görən insanlar da ilk baxışdan heyran ola bilərlər. Şanslı görüşlər mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »