Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Döyüş Federasiyalarının Prezidentindən sərt açıqlama: "Operativ Qərargah adını doğrultmur"
Azər Həsənsoy

“11 ay fəaliyyətimizin olmaması nəticəsində illər boyu zəhmətlə yetişdirdiyimiz idmançıları demək olar ki itirmişik. Azərbaycan bu il, eləcə də gələn il yarışlarda necə nəticə göstərəcək. Qonşu ölkələrin heç birində bu müddət ərzində idman zalları tam bağlanmayıb”.

Bu fikirləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar İdman Xadimi Azər Həsənsoy Operativ Qərargaha etdikləri müraciət barədə Fanat.Az-a açıqlamasında deyib.

Assosiasiya prezidentinin sözlərinə görə, pandemiya fonunda idman zallarının fəaliyyətinin dayandırılması məşqçilər üçün ciddi sosial çətinliklər də yaradıb:

“Məlum olduğu kimi pandemiya ilə əlaqədar ölkəmizdə idman zallarının fəaliyyəti artıq 11 aydır ki, qadağan edilib . Qeyri Olimpiya növləri üzrə məşqçilər üçün bu qadağa təbii ki, ciddi sosial çətinliklər yaradıb. Amma ununla belə biz qaydalara əməl edilməsi üçün böyük təbliğat və izahat işləri aparmışıq ki, hamı məhdudiyyətlərə əməl etsin. Başlanğıcda ümid edirdik ki, bu məhdudiyyətlər müvəqqətidir və ötən ilin yay aylarında ləğv olunacaq. İmkan daxilində yardımlaşmaqla az da olsa çətinlikləri zəiflətməyə çalışmışıq. Lakin yayda məhdudiyyətlər götürülmədi, söhbətlər gedirki ki, payızda zalların fəaliyyətinə icazə veriləcək. Amma bu baş vermədi. Son olaraq yanvar ayının 18–də Operativ Qəragahın qərarı isə bizi tam məyus etdi və biz artıq Federasiya rəhbəri olaraq məşqçilərə və idmançılara nə deyəcəyimizi bilmədik. Çünki deyəcək bir söz qalmayıb. Görünür, Operativ Qərargahda idman ictimaiyyətinin durumu barədə məlumatı olan heç kim yoxdur və ümumiyyətlə bu problem onları maraqlandırmır. Baxın qeyri Olimpiya növləri üzrə məşqçilərin demək olar ki hamısı məşq keçmək üçün zalları icarəyə götürürlər. Bu aylar ərzində elə zal sahibləri var ki, onlar məşqçiləri zaldan çıxartmışlar. Çünki fəaliyyət olmadığı üçün icarə haqqı verə bilmirlər. Fəaliyyət olanda da bir qrupda 15 -25 idmançı yığılır. İcarə haqqı və digər xərcləri çıxanda məşqçilərə minimal əmək haqqı civarında pul qalır. Bir çox məşqçilərin bir neçə övladı var və ailəsi ancaq məşqlərdən əldə edilən o minimum pulla dolanır. Artıq 11 aydır bu məşqçilərinin evinə 1 manat daxil olmursa, bu məşqçi nə etməlidir? Necə yaşamalıdır? Yəqin ki, hər kəs çətinliyin “dərəcəsini” başa düşər. Bir neçə dəfə təkliflər vermişik ki, böyük zallarda kontakt olmadan məşqləri keçmək mümkündür, ən azından bu şərtlərlə məşqlərə icazə verin. Dediyim kimi, Operativ Qərargahən idman ailəsini heç düşünmək fikri yoxdur. Yəni, qərargah “operativ” adını doğrultmadı. Bu isə nəticədə böyük bir sosial problem yaradıb. Tezliklə problem aradan qaldırılmasa, vəziyyət daha da çətinləşəcək.

Qaldı idman tərəfinə deməliyəm ki, artıq may ayından etibarən keçiriləcək Dünya və Avropa Çempionatlarına dəvətlər almışıq. 11 ay fəaliyyətimizin olmaması nəticəsində isə illər boyu zəhmətlə yetişdirdiyimiz idmançıları demək olar ki itirmişik. Azərbaycan bu il, eləcə də gələn il bu yarışlarda necə nəticə verəcək? Əlavə edim ki, elə qonşularımız olan ölkələrin heç birində bu müddət ərzində idman zalları tam bağlanmayıb.

Ona görə biz Operativ Qərargaha rəsmi müraciət etdik. Ümüd edirik ki, tezliklə bu ciddi problem həllini tapar”.

Qeyd edək ki, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 1998-ci ildə 4 federasiya, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən yaradılıb. Hazırda 13 federasiya və təşkilat Assosiasiyanın üzvüdür.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »