Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İstənilən müraciətə həssaslıqla yanaşılır" - "Azəriqaz" (Video)
"İstənilən müraciətə həssaslıqla yanaşılır" - "Azəriqaz" (Video)

Jurnalist Əziz Əlibəyli yaşadığı ərazidə qaz təchizatının normal olmadığı barədə bu gün mətbuat səhifələrində açıqlama ilə çıxış edib.

Bu müraciət araşdırılarkən məlum olub ki, problem yalnız onun yaşadığı fərdi yaşayış evi ilə bağlı olub. "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin əməkdaşları mövcud problemin araşdırılmasına dair video material da hazırlayıb. Lakin Ə.Əlibəyli evdə olmadığını bildirib və buna görə qazın təzyiqinə dair video çəkiliş onun qonşusunun evində aparılıb.

Bütün abonentlərimizdən xahiş edirik ki, qaz təchizatı ilə bağlı qarşılaşdıqları problemləri 104/185 Çağrı Mərkəzi nə bildirsinlər. Bundan başqa, 077 3104104 saylı "Whatsapp" nömrəsinə də göndərə bilərlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »