Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Ağ evlə vidalaşdı
Tramp Ağ evlə vidalaşdı

Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ Evi tərk edib.

“Report” xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, D.Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq.

D.Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.

Donald Tramp çıxışında Cozef Bayden administrasiyasını tanıdığını etiraf edərək ona uğurlar arzulayıb. Bundan başqa o, qeyd edib: “ABŞ-ın son on illərdə heç bir yeni müharibəni başlamayan ilk prezidenti olduğum üçün fəxr edirəm”.

Son xəbərlər
Bütün xəbərlər »