Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda nazir müavini işdən çıxarıldı
İrəvan, Ermənistan

Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçaturyanı (Tuxikyan) tutduğu vəzifədən azad edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan uyğun qərarı imzalayıb.

Bildirilib ki, yanvarın 19-da Yerevanda Rəssamlar İttifaqında Narine Xaçaturyanın iştirakı ilə qalmaqal olub. Sərgi zamanı jurnalist müsahibə götürərkən mədəniyyət sahəsindən olan bir qadın nazir müavininə yaxınlaşaraq təhqir edib, onu hakimiyyətin sədaqətli nümayəndəsi adlandırıb. Onun işdən çıxarılması bu hadisə ilə əlaqələndirilir.

Qeyd edək ki, Xaçaturyan 2020-ci il iyunun 11-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl hakim “Mənim addımım” blokundan deputat olub. O, deputat mandatından imtina edərək hökumətdə işləməyə başlayıb. Onun parlamentdəki yerini Artur Ovannisyan tutub. Narine Xaçaturyan deputat olmazdan əvvəl Ovnes Tumanyan adına muzeyin direktoru işləyib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »