Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkə ictimaiyyəti və Vətən müharibəsinin qəhrəmanları Şəhidlər Xiyabanında - Foto
Ölkə ictimaiyyəti və Vətən müharibəsinin qəhrəmanları Şəhidlər Xiyabanında - Foto

Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciədən 31 il keçir.

Bizimyol.info xəbər verir ki, hüzn günü ilə bağlı ölkə ictimaiyyəti, 44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri Şəhidlər Xiyabanını ziyarət etdilər.

Şəhidlər Xiyabanında bütün səkilər, işıq dirəkləri tər qərənfillərlə bəzədilib. Xiyabanın girəcəyində isə qərənfillərdən ibarət kompozisiyalar hazırlanıb.

 

Anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Faciə qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar bu gün mərasim qurtaranadək bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Qeyd edək ki, Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Son xəbərlər
Bütün xəbərlər »