Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumdan narkotik vasitə götürülüb
Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »