Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mebel sexi yanıb
Bakıda mebel sexi yanıb

Paytaxtda mebel və avtomobil təmiri sexi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki sexin qalan hissəsi və içərisində olan dəzgahlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər
Bütün xəbərlər »