Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağa Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsinin səbəbləri
Qarabağa Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsinin səbəbləri

Dünən dövlət başçısının imzaladığı Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək. Fərmana əsasən, həmin xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər.

Xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Bir çox ölkələrdə Prezidentinin xüsusi nümayəndəlikləi institutları mövcuddur. Azərbaycanda yaradılmasında məqsəd nədir, hansı ehtiyacdan belə bir qərar verildi? Bu suallara Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlünün Bizimyol.info-ya verdiyi açıqlamada cavab tapacağıq.

Mübariz Göyüşlü Mübariz Göyüşlü

“Şəhidlərimizn qanı hopmuş , bizim üçün müəqəddəs olan Qarabağ torpaqlarına icra başçısı və icra hakimiyyəti kimi korrupsiyaya, rüşvətə bulaşmış, xalq arasında nüfuzunu itirmiş strukturun təmsilçilərini məsul etmək ictimai rəydə o qədər də xoş olmayan fikirlərin yaranmasına gətirib çıxara bilərdi”. Mübariz Göyüşlü belə hesab edir.Və biz də onun bu fikri ilə tam razıyıq:

“ “Dəmir yumruq” adı altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin bərpası istiqamətində işlət həyata keçirilir. 30 ilə yaxındır düşmən tərəfindən dağıdılmış ərazilərimizdə sürətli bir şəkildə işləri görülür, yollar çəkilir, ərazilər minalardan təmizlənir, su, qaz, işıq xətləri bərpa edilir. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev tərəfindən yaradılmış Qarabağ Dirçəliş Fondunun da məqsədi məhz bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına, təhlükəsiz yaşayın təmin olunmasına yönəlib. Lakin bərpa, təmir və quruculuq işləri ilə yanaşı bu ərazilərin idarəetməsinin təşkili də çox önəmlidir. Bu önəm Qarabağda idarəetmənin təşkilinə xüsusi diqqət ayırmağı tələb edir.

Düşünürəm ki, məhz bu ehtiyac Prezident İlham Əliyev tərəfindən həmin ərazilərdə xüsusi nümayəndələrin təyin edilməsi haqqında fərman imzalamasına gətirib çıxarıb. Bu nümayəndələrin təyini ilə bağlı ən önəmli məqam onların birbaşa prezidentə tabe olmalarıdır. Çünki dövlət başçısı həmin ərazilərə, onların bərpasına, 30 il əvvəlkindən də yaxşı bir vəziyyətə gətirilməsinə xüsusi əhəmiyyət verir. Birbaşa prezident tərəfindən təyin olunacaq bu şəxslər elə dövlət başçısının qarşısında da məsul və hesabatlı olacaqlar. Bu da onların məsuliyyətini ikiqat artıran bir məqam olacaq. Onların gördükləri işlər prezidentin və elə həm də bütün xalqın diqqətində olacaq. Çünki torpaqlarımızın düşmən tapdağından azad olunması işimizin mühüm bir hissəsi idisə, həmin ərazilərin yaşanılacaq hala gətirilməsi, əvvəlkindən də güclü bir infrastrukturun qurulması, insanlarımızın orada məskunlaşdırılması digər bir mühüm hissəsidir. Xüsusi nümyəndələrin icra başçılarından, icra hakimiyyəti strukturlarından fərqinin nə olacağı da cəmiyyətimizi düşündürən suallardandır. Bir məsələni unutmayaq. Azərbaycan bizim üçün müqqədəs bir məkandır, Qarabağ isə onun gözüdür, bəbəyidir. Qarabağı biz elə-belədən qazanmadıq. Qələbəni, torpaqlarımızı şəhidlərimizin, qazilərimizin qanı və canı ilə əldə etdik. Məhz bu səbəbdən də Qarabağ hamımız üçün müqəddəs, xüsusi, önəmli bir yer mahiyyəti daşımaqdadır. Burada çalışan, iş görən, yaşayacaq olan hər kəs o ərazilərin Vətən oğullarının qanı ilə suvarıldığını unutmamalı, hər bir əməlində bunu xatırlamalıdır. Bu baxımdan həmin ərzilərə rəhbərlik edəcək şəxslərin də bunu yaxşı bilməsi lazımdır. Bu qədər önəm və müəqəddəslik kəsb edən bir əraziyə icra başçısı və icra hakimiyyəti kimi korrupsiyaya, rüşvətə bulaşmış, xalq arasında nüfuzunu itirmiş strukturun təmsilçilərini məsul etmək ictimai rəydə o qədər də xoş olmayan fikirlərin yaranmasına gətirib çıxara bilərdi. Ona görə də məhz bu ərazilərə, şəhid qanı ilə suvarılaraq müqəddəslik qazanan yerlərimizə fərqli yanaşmanın olmasını, buradakı işlərin seçilmiş xüsusi nümayəndələr vasitəsilə görülməsini çox doğru addım sayıram”,- deyə siyasi şərhçi vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »