Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel Almaniyada COVID-19-dan kütləvi vaksinləmənin müddətini açıqlayıb
Angela Merkel

Almaniya hakimiyyəti koronavirusa qarşı peyvəndin ölkənin bütün vətəndaşları üçün yayın sonuna qədər əlçatan olacağını nəzərdə tutur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu AFR-ın kansleri Angela Merkel deyib.

"Razılığa gəldik, öz tərəfimizdən hər şeyi edək ki, peyvənd yay sonuna qədər hər bir vətəndaşa təklif edilsin, lakin bu, əlbəttə peyvəndlərin istehsalçılarından asılıdır, ancaq öz tərəfimizdən əlimizdən gələni edəcəyik" - deyə region rəhbərləri ilə görüşdən sonra o deyib.

AFR-da vaksinləmə ötən ilin 27 dekabrında başlayıb, bu günə qədər 1,2 milyon insan birinci dəfə peyvənd olunub, onlardan demək olar, 25 min nəfəri atıq ikinci dəfə peyvənd edilib.

Almaniyada pandemiyanın başlanğıcından koronavirusa 2 milyondan çox yoluxma qeydə alınıb. Ölkədə 47 mindən çox insan təhlükəli infeksiyadan ölüb.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
Son xəbərlər
Bütün xəbərlər »