Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini "soyqırım" elan etdi
ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini "soyqırım" elan etdi

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir.

“Report” xəbər verir ki, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

"Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi", - Pompeonun bəyanatında iddia edilir.

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.

Son xəbərlər
Bütün xəbərlər »