Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır

Dünya mətbuatı zaman-zaman ABŞ və NATO-nun Krım yarımadasına müdaxilə planı barədə yazır. ABŞ mediası son vaxtlar bu mövzuya xüsusilə həssas yanaşır.

Rumıniyanın Transilvaniya bölgəsində Amerikanın gizli baza tikdiyi və Krımı hədəf seçdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Serbiyanın “Politika” qəzeti də ABŞ və NATO-nun Krıma müdaxilə planı haqda yazı hazırlayıb. Məqalədə Rusiyanın böyük narahatlıq içində olduğu qeyd edilib. NATO-nun hələ keçən ilin noyabrındakı təlimləri bölgədə ciddi hadisələrin baş verə biləcəyinə işarə vururdu. Yaxın Şərq sularında ABŞ və Rusiya sualtı gəmilərinin təhlükəli dərəcədə yaxınlaşması da düşünmək üçün material ortaya qoyurdu.

Krım, Ukrayna Krım, Ukrayna

“Politika” ABŞ haqda yüksək fikir yazmağa tələsməyib. Serb qəzeti bunu təcrübələrlə əsaslandırıb: “Amerikalıların hərbi büdcəsinin rusları 10 dəfə üstələməsi hələ qəti qələbəyə zəmanət vermir. Onlar öz sahillərindən kənardakı qarşıdurmaları nadir hallarda qələbə ilə başa çatdırıblar. Bunu Vaşinqtonda da yaxşı anlayırlar. Avropalı müttəfiqlərə çox da bel bağlamaq olmur. Başqalarını dünyanın ən böyük dövlətinə qarşı çıxmağa inandırmaq asan deyil.

Amma Rusiya da rəqibinin gücünü yaxşı dərk edir. Moskvada başa düşürlər ki, yanvarın 20-dən işə başlayacaq yeni administrasiyaya uyğunlaşmaq lazımdır. Ruslar unutmur ki, hakimiyyətə demokratlar gəlib, onlar isə heç də həmişə beynəlxalq normaları gözləmir”.

“Politika” hesab edir ki, bir çox amillər Vaşinqtonu aqressivləşdirə bilər. Amillər deyəndə aylardır sürən irqi, siyasi etirazlar, daxili toqquşmaların artması, səhiyyə böhranıpandemiya nəzərdə tutulur. ABŞ-ın belə əziyyət çəkməsi, adətən, başqa dövlətlər üçün yaxşı nəticələnmir. İndiki mənzərə yeni prezident Co Baydeni daha sərt olmağa təhrik edir.

Serbiya qəzeti istənilən halda hərbi avantüranın olacağını bildirir. Krıma hücum yetərincə mümkün görünür. “Politika” bu halda bütün diqqətin ABŞ-ın daxilindən yayınaraq xeyli uzağa yönələcəyini yazır. Vaşinqtonun da istədiyi budur.

Yens Stoltenberq Yens Stoltenberq

Müəllif Slobodan Samarciya NATO-nu Rusiya üçün ABŞ-dan daha təhlükəli saydığını xüsusi vurğulayıb. Çünki Kreml alyansın bəzi üzvlərinə qarşı aqressiv addımlar planlaşdırır. Yazıda ayrıca qeyd olunmasa da, böyük ehtimalla söhbət Baltikyanı ölkələrə hücum ehtimalından gedir. NATO-nun baş katibi Yens Stolberq açıq mətnlə bildirmişdi ki, Rusiya 2030-cu ilə qədər alyans üçün əsas təhlükə olaraq qalacaq. O, NATO-nun bu ölkə sərhədlərinə yaxın mövcudluğunu genişləndirməli olduğunu bildirir.

Qərblə Rusiya arasında müharibə ehtimalı həmişə “isti” qalacaq. Rusiya zəiflədikcə ABŞ və NATO daha qətiyyətli görünməyə başlayacaq. Krımın hədəf seçilməsi də Kremlin əvvəlki qədər qüdrətli sayılmamasının göstəricisidir.

Son xəbərlər
Bütün xəbərlər »