Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 1610 nəfər koronavirusdan həyatını itirib. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

APA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 91 470 nəfərə çatıb.

Son sutka ərzində 33 355 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 466 849 nəfər təşkil edir.

Son xəbərlər
Bütün xəbərlər »