Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Trampa və Maykl Pompeoya qarşı sanksiya tətbiq edildi
Donald Trampa və Maykl Pompeoya qarşı sanksiya tətbiq edildi

İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.

“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

O həmçinin bildirib ki, ABŞ-ın maliyyə naziri Steven Mnuçin, keçmiş müdafiə naziri Mark Esper, həmin vəzifəni icra edən Kristofer Miller, CİA rəhbəri Cina Haspel, İrandakı keçmiş və hazırkı xüsusi elçilər - Brayan Huk və Eliot Abrams, habelə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da sanksiya siyahısındadırlar.

Sözügedən addımlara əsas olaraq ABŞ-ın regionda terrorçuluq fəaliyyətləri, habelə dünyada təhlükəsizliyə qarşı təhdid yaratması göstərilir.

Son xəbərlər
Bütün xəbərlər »