Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftə tələbatla bağlı nikbinlik yeni bahalaşmaya səbəb oldu
Neftə tələbatla bağlı nikbinlik yeni bahalaşmaya səbəb oldu

Neftə tələbatın yüksəlməsilə bağlı nikbinlik bu gün əmtəə birjalarında bütün fyüçerslərin yenidən bahalaşması ilə nəticələnib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.51-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyüçersləri 1,19 % bahalaşaraq 55,41 ABŞ dollarından, “WTI” markalı neftin fevral fyüçersləri 1 % bahalaşaraq 52,57 dollardan, mart fyüçersləri isə 0,17 % bahalaşaraq 52,51 dollardan satılıb.

Xatırladaq ki, koronavirusa (COVID-19) yoluxmanın artması üzündən iqtisadiyyatın dirçəlişilə bağlı şübhələr və bir çox ölkələrdə karantin tədbirlərinin artırılması nəticəsində əvvəlki iki gün ərzində ucuzlaşan neft bu gün səhər hərraclarında müxtəlif trendlər nümayiş etdirib.

“PVM” ekspertlərinin fikrincə, neft bazarındakı müəyyən geriləmələrə baxmayaraq iqtisadiyyatın dirçəlməsinə olan inamın “yox olması ehtimalı azdır”. Həm də koronavirusa qarşı peyvəndləmənin başlamasına dair xəbərlər uzun perspektivdə tələbatın yüksələcəyinə dair nikbinlik yaradır.

Bundan əlavə cari ildə neftə gündəlik tələbatın 5,5 milyon barel artaraq 96,6 milyon barelə çatacağı barədə Beynəlxalq Enerji Agentliyinin hesabatı da bazarda əks-səda yaradıb.

Son xəbərlər
Bütün xəbərlər »