Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
"Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı

İngiltərənin "Financial Times" nəşri Türkiyənin Afrikada artan nüfuzundan yazıb. Qəzetin yazdığına görə, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrində böyük populyarlıq qazanıb.

Bizimyol.info xəbər verir ki, müəllif Afrika ölkələrində Türkiyə seriallarının populyarlığına da diqqət çəkib.

"Əddis-Əbəbə şəhərinin otellərindən birinin barında efiopiyalı ər-arvad pultun üstündə çəkişir - mübahisə mövzusu ABŞ-da seçki nəticələri, yerli döyüş xəbərləri və Türkiyənin "Adı Mutluluk" serialıdır. Axırda hər ikisi amar dilinə dublyaj edilmiş Türkiyə serialını seçir. "Doğrusu budur ki, ikimiz də bu serialı çox sevirik",- deyə cütlük səs-küylə elan edir",- qəzetin müxbiri gördükləri barədə yazıb.

Türkiyənin "Adı Mutluluk" serialı Türkiyənin "Adı Mutluluk" serialı

"Afrika Buynuzu" yarımadasının ən güclü nöqtəsi olan Efiopiyada Türk seriallarının populyar olması, kiçik olsa da, güclü bir göstəricidir: Bu fakt hazırda xarici kapital üçün cazibədar bölgəyə çevrilmiş bu ölkədə Türkiyənin nüfuzunu göstərir: "Ekspertlərin fikrincə, Türkiyənin yumşaq gücə söykənən siyasəti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), eləcə də ABŞ, Fransa, Çin və Rusiya kimi körfəz rəqiblərinin təsirinə qarşı yönəlib.

"Kana TV" telekanalının həmtəsisçisi Elias Şults deyir ki, Türkiyə şouları kanallarda getdikcə daha çox artır. İndi Ankara üçün ticarət əlaqələri, inkişaf yardımları və hətta seriallar da Türkiyənin qitədəki nüfuzunu möhkəmləndirmək üçün alətə çevrilib".

İspaniyanın Navarro Universitetinin Türkiyə xarici siyasəti üzrə eksperti Maykl Tançum hesab edir ki, qitədə Türkiyənin başqa ölkələrlə müqayisədə yumşaq güc üstünlükləri var.

Əddis-Əbəbə şəhəri, Efiopiya Əddis-Əbəbə şəhəri, Efiopiyanın paytaxtı

Qəzet yazır: "Bir il əvvəl cənab Ərdoğan Seneqalın nüfuzlu bir qeyri-hökumət təşkilatı tərəfindən "İlin adamı" seçildi. Bu fakt əvvəllər Seneqalı müstəmləkədə saxlayan Fransanı acıqlandırdı. Keçmişdə Fransa müstəmləkələri olan Afrika ölkələri hazırda Fransaya alternativ axtarırlar. Onlar Fransanın neo-müstəmləkəsi olmaqla Çinin yeni koloniyası olmaq arasında seçim etmək istəmirlər. Türkiyə daha yaxşı bir variant təklif edir. "Afrika Buynuzu"nda Türkiyə və müttəfiqi Qətər ticarət və nüfuz uğrunda regional güc mübarizəsində BƏƏ, Səudiyyə Ərəbistanı və Misirə qarşı mübarizəyə başlayıblar.

Efiopiya Afrikanın ikinci ən çox əhalisi olan ölkədir. Ocmanlı İmperiyası hələ 16-cı əsrdən buralara daimi olaraq donanma göndərir. Bu ölkə Afrikanın qapısıdır. Ötən illər ərzində Türkiyə Efiopiyada mövqelərini möhkəmləndirib. Hazırda Türkiyə Çin və Səudiyyə Ərəbistanından sonra Efiopiyada üçüncü ən böyük sərmayədardır".

Son xəbərlər
Bütün xəbərlər »