Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı

Azərbaycanda artıq koronavirus (COVİD-19) əleyhinə vaksinasiyaya başlanılıb.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

Akif Qurbanov Akif Qurbanov

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib ki, bu vaksin kifayət qədər sınaqdan keçib: “Bu, sınaqdan keçmiş vaksindir. Bu vaksinin Azərbaycanda kimlərə tətbiq olunacağına gəlincə, yaşlı, yanaşı xəstəliyi olan, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq. İlk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq”.

Bəs görəsən vaksin vurulan şəxslər yenə tibbi maskalardan istifadə etməlidirmi? Vaksinasiyaya başlandıqdan nə qədər sonra pandemiya ilə vidalacağıq?

Tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova Bizimyol.info-nun suallarını cavablandırıb. Onun sözlərinə görə, hər şey birdən-birə normala dönməyəcək və əgər normala qayıtmağımızın tezləşməyini istəyiriksə, fərdi qaydada üstümüzə düşən məsuliyyəti layiqincə daşımalıyıq.

“Yaxşı xəbərlə başlayım, 2021-ci il pandemiya ilə vidalaşacağıq. Vaksinasiyanın başlamağı bunun yaxşı bir göstəricisidir. Amma bu mərhələli və kontrollu olacaq. Hər şey birdən-birə normala dönməyəcək və əgər normala qayıtmağımızın tezləşməyini istəyiriksə, fərdi qaydada üstümüzə düşən məsuliyyəti layiqincə daşımalıyıq. Bu nə deməkdir? - Vaksinasiya başladıqdan sonra da maska taxmağa, sosial məsafə və əl gigiyenasına bir müddət əməl etməliyik. Bunun səbəbi Azərbaycanda da kütləvi istifadəsinə başlanacaq olan Sinovac vaksininin ağır xəstəlikdən qoruyuculuğu 100% olsa da ümumi qoruyuculuğu təxminən 50%-dir. Yəni, xəstələnə bilərik. İkincisi, asimptomatik daşıyıcı olub başqalarına yoluxdura bilərik. Üçüncüsü, vaksinasiya başlanandan və ikinci doza da vurulandan sonra ən az 6 aylıq immunitetimiz yaranacaq. Amma bu gün vaksin oldum artıq immunitetim var demək deyil bu.

Odur ki, ÜST-ün də dediyinə istinad etsək, effektiv vaksinasiya başlanandan 6 ay sonra normallaşma başlayacaq. Vaksinasiya elətdirib yaxşı nəticələri səbrlə və əzmlə gözləyək”,-deyə həkim bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »