Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
Səfir: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının Tehranda keçirilən 14-cü iclasına sosial şəbəkə üzərindən münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, səfir komissiyanın işini yüksək qiymətləndirərək iki ölkənin birlikdə həyata keçirdikləri iqtisadi layihələrin davam edəcəyini və uğurla nəticələnəcəyini bildirib.

Diplomat vurğulayıb ki, komissiyanın işinin nəticəsi olaraq iki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib. İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda iştirak imkanı yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »