Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub

“Biz hər il Türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik”.

Bizimyol.info xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bildirib.

Bağdad Amreyev deyib ki, bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar: “Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”.

Son xəbərlər
Bütün xəbərlər »