Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil
Dmitriy Peskov

Bütün rusiyalıların hüquqlarına Rusiya Federasiyasının qanunları ilə zəmanət verilir. Sözsüz ki, Aleksey Navalnı ilə bağlı vəziyyətdə də belə olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr. Bu, Prezidentin xüsusi diqqətini tələb edən hadisə deyil. Bütün rusiyalıların hüquqları ölkə qanunları ilə qorunur. Bu halda da belə olacaq”, - deyə Kremlin sözçüsü V.Putinin Navalnının məhkəmə və istintaq prosesində hüquqlarının qorunmasına riayət olunmasını diqqətlə izləyib-izləməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Kreml A.Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil.

“Söhbət Rusiya qanunlarının Rusiya vətəndaşı tərəfindən icra olunmaması faktından gedir. Bu, tamamilə daxili işdir və biz heç kəsə icazə vermərik ki, buna maneə olsunlar. Belə bəyanatları dinləmək niyyətində deyilik”, - deyə D.Peskov bir sıra ölkələrin A.Navalnını azad etməklə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »