Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert Köçəryan yenidən hakim qarşısına çıxarılıb
Robert Köçəryan yenidən hakim qarşısına çıxarılıb

Ermənistanın paytaxtı Yerevanda məhkəmə binası qarşısında ölkənin sabiq prezidenti Robert Köçəryana dəstək aksiyası keçirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, piketdə 200-ə yaxın insan iştirak edir.

Aksiyaya səbəb R.Köçəryanın məhkəmə prosesinin bərpa olunmasıdır. Onun cinayət işi üzrə məhkəmə iclası günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, ötən ilin mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

R.Köçəryan ilə yanaşı o dövrdə Ermənistan Müdafiə nazirinin müavini (2017-2018-ci illər arasında KTMT Baş katibi) Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

Son xəbərlər
Bütün xəbərlər »