Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...

Ermənistanda düşünürlər ki, Co Baydenin prezidentliyi İrəvan üçün ABŞ-la ikitərəfli münasibətləri dərinləşdirmək baxımından yeni imkanlar açır. Hazırda bu ölkədə başqa bir sual odur ki, hazırkı hökumət bundan nə dərəcədə istifadə edə biləcək.

Bizimyol.info xəbər verir ki, Ermənistanda Co Baydendən Türkiyə və Azərbaycana qarşı addımlar gözləsələr də, ölkənin şüurlu ekspertləri buna ümid bağlamağın mənasız olduğunu anlayırlar.

"ABŞ-ın Cənubi Qafqaz ölkələri və xüsusən də Ermənistanla bağlı siyasəti Baydenin prezidentlik dönəmində xüsusi dəyişikliklərə məruz qalmayacaq. Seçilmiş prezidentin erməni mənşəli şəxsləri rəhbər strukturlarda vəzifələrə təyin etməsi bu siyasətə təsir etməyəcək",- deyə politoloq, Ermənistan-Amerika Araşdırmalar Mərkəzinin rəhbəri Suren Sarkisyan yerli mətbuata bildirib.

Suren Sarkisyan Suren Sarkisyan

Qeyd edək ki, Bayden Ermənistanı ümidləndirən iki təyinatı imzalayıb. Onlardan biri Ceff Marutyandır. Bayden onu İqlim Tədqiqatları Agentliyi rəhbərinin xüsusi köməkçisi vəzifəsinə təyin edib.

Amma Ermənistanın "digər ümidi" daha böyükdür. Hayk Hacınəzəryan Co Baydenlə daha yaxın şəxsi münasibətlərə sahibdir. Həmçinin ona daha məsul bir iş həvalə edilib. Hacınəzəryan Baydenin komandasında Ağ Evin regional rabitə şöbəsinə rəhbərlik edəcək.

Bayden hələ senator olduğu vaxtlarda müxtəlif mövzularda Ermənistanın tərəfini tutan bəyanatlar versə də, bu təyinatlar Suren Sarkisyanda xüsusi təəssürat yaratmayıb: "ABŞ-ın Cənubi Qafqaz ölkələri və Ermənistana qarşı siyasətində müəyyən dəqiqləşdirmələr ola bilər. Bəlkə də ABŞ hökuməti ölkəmizlə münasibətlərinə yenidən baxacaq, amma bu, siyasətdə dəyişiklik demək deyil".

Onun sözlərinə görə, yaxın gələcəkdə Vaşinqtondan əməkdaşlıqla bağlı yeni vurğular gözləyə bilərik. Ancaq bu, yeni reallıqlar şəraitində ABŞ-ın Minsk qrupunun həmsədri kimi oynadığı rol çərçivəsində olacaq.

Sarkisyanın fikrincə, bu təyinatlarda Ermənistana hər hansı mesaj yoxdur: "Onların hər ikisi - Marutyan və Hacınəzəryan - öz sahələrində peşəkardırlar, dövlət sektorunda geniş təcrübəyə sahibdirlər, təyinatların başqa bir səbəbi yoxdur".

Başqa bir sual Ermənistan hakimiyyətinin mövcud vəziyyətdən necə istifadə edəcəyi ilə bağlıdır. Ekspert hesab edir ki, iqtisadi mövzularda yararlanmaq mümkündür: "İrəvan onunla körpülər qurmalıdır. İqtisadi sahədə və biznes sektorunda ikitərəfli münasibətlərin dərinləşməsinə diqqət yetirməyi tövsiyə edərdim. Tramp administrasiyası ilə İrəvanın ikitərəfli münasibətlər üçün aktiv bir gündəm qurulmamışdı. Dövlət başçıları səviyyəsində heç bir görüş olmadı. Əvvəlki bütün ABŞ liderləri ilə görüşlər olmuşdu. İndi hər şey böyük ölçüdə Ermənistanın öz əlaqələrindən nəticə əldə etmək üçün nə dərəcədə səmərəli işləməsindən asılıdır. Bu kontekstdə Ermənistan diplomatiyası mühüm rol oynaya bilər".

Xatırladaq ki, Hayk Hacınəzəryan Ohayo ştatının Kolumbus şəhərində Livandan gəlmiş mühacir ailəsində anadan olub. İndiana Universiteti və Corc Vaşinqton Universiteti Siyasi idarəetmə fakültəsini bitirib.

Ceff Marutyan Nyu Cersidə anadan olub və o da Corc Vaşinqton Universitetini bitirib. O, 2012-ci ildə də Obama və Baydenin seçki kampaniyasında iştirak etmişdi.

Ceff Marutyan Ceff Marutyan

Amma Marutyanın təyinatı Qərb mediasında başqa bir detalla diqqəti çəkib. Əsasən onun "kişilərə marağı" müzakirə mövzusuna çevrilib. Bu sahədə məşhur olan Reqqi Qrir sosial şəbəkədə Marutyanı açıq mətnlə təbrik edib və təbii ki, yazdıqlarını olduğu kimi verməyimiz mümkün deyil. Marutyan özü də bu barədə açıq danışır və haqqında deyilənləri təsdqiləyir.

Son xəbərlər
Bütün xəbərlər »