Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-də 31 il əvvəl, 20 Yanvarda şəhid olan polis əməkdaşlarının ailələri ilə görüş keçirilib
Daxili İşlər Nazirliyi

20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində görüş keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərlə maraqlanılıb. Onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyi və müraciətlərin nəzarətdə saxlanılacağı qeyd edilib.

Şəhid ailələri 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə maddi yardım təqdim olunub.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »