Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Bayden miqrasiya sahəsində islahatlara başlayacaq
KİV: Bayden miqrasiya sahəsində islahatlara başlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden yanvarın 20-də miqrasiya sahəsində islahatlarla bağlı Konqresə qanunvericilik təklifləri göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Qəzet qeyd edib ki, Bayden andiçmə mərasimindən dərhal sonra miqrasiya qanunvericiliyində hərtərəfli islahat aparacaq. Qanuni statusu olmayan miqrantlar üçün vətəndaşlıq almaq üçün səkkiz illik müddət tətbiq edilməsi, eləcə də qaçqınların qəbulu üçün kvotaların artırılması planlaşdırılır. Təklif olunan paket həmçinin Mərkəzi Amerikadan gələn köç axınının səbəblərini aradan qaldırmaq üçün nəzərdə tutulub.

Səkkizillik plana görə, milyonlarla iş axtaran beş il müddətinə müvəqqəti status alacaq, sonra təhlükəsizlik yoxlamalarından keçəcəkləri və vergi ödəyəcəkləri halda “qrin kart” üçün müraciət edə biləcəklər. Bu şərtlərə əməl edənlər üç ildən sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər.

Yeni qaydalar yalnız 1 yanvar 2021-ci il tarixinə qədər ABŞ-da olan namizədlərə şamil ediləcək. Miqrantların Uşaqlarının Müdafiəsi (DACA, Deferred Action for Childhood Arrivals) proqramının iştirakçıları və təbii fəlakətlərdən zərər çəkən ölkələrdən gələnlər dərhal “qrin kart” üçün müraciət edəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »