Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bu il məcburi köçkünlərimizin təməl hüquqları bərpa olundu”
Milli Məclis

“Əhalinin sosial problemləri içərisində bəzən insan haqları ilə bağlı məsələlər qarşımıza çıxır”.

Bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu problem pandemiya dövründə 190 manat ala bilməyən insanlarla bağlı da özünü göstərib: “İnsan haqları sahəsində əfvlə bağlı ölkə prezidenti tərəfindən müəyyən addımlar atıldı, bəzi şəxslər əfv edildi. Lakin bu addımdan sonra da təəssüflər olsun ki, siyasi məhbus terminləri ilə spekulyasiya davam etdi”.

Deputat Hikmət Babaoğlu qeyd edib ki, parlamentin İnsan hüquqları komitəsi iki qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu qanunlar qəbul edilib: “Nəhayət, bu il bizim məcburi köçkünlərimizin təməl hüquqları bərpa olundu. Müharibə dövründə erməni cinayətlərinin qlobal informasiya məkanına çatdırılması üçün komitə olaraq ciddi fəaliyyət göstərdik, xarici televiziyalara çoxsaylı müsahibələr verdik”.

Deputat Naqif Həmzəyev təklif edib ki, Ombudsman təsisatı ilə görüşlərin sayı artırılsın: “Bunun üçün ildə bir dəfə hesabat verilməsini gözləməməliyik. 20 ildən artıq məhkumluq dönəmini başa vurmuş, müsbət istiqamətə dəyişmiş məhbuslara müəyyən güzəştlər edilə bilər. Biz bu gün qalib ölkənin vətəndaşıyıq. Məhbusların da içərisində Qarabağa qayıdışa öz töhfəsini verəcək insanlar var, onlara bu şansı verməliyik. Həmçinin, yaşı 60-ı keçmiş, müəyyən xəstəliyi olan məhbuslarla bağlı bəzi güzəştlər edilə bilər”.

Komitə sədri Zahid Oruc deputatların fikirlərinə münasibət bildirib: “Açıq demək lazımdır ki, elektron sistemlərə daşınma Milli Məclisin fəaliyyətində çox rol oynadı. İndiyə qədər Milli Məclis üzvləri heç vaxt bu qədər çox elektron sənəd dövriyyəsi etməmişdi. İkincisi, sosial problemlərlə bağlı müraciətlər alırıq. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşlərimizi artırmalıyıq”.

Deputat nəzərə çatdırıb ki, əfv komissiyası yenidən formalaşıb: “Bu istiqamətdə yeniliklər var. Əfv institutunun fəaliyyətini genişləndirilməsi ilə bağlı işlərə hələ də ehtiyac var”.(apa)

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Martın 8-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »