Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yaşlı qız “20 Yanvar” hadisələrinin 31 -ci ildönümünə video çarx hazırlayıb
8 yaşlı qız   “20 Yanvar”  hadisələrinin 31 -ci ildönümünə  video çarx hazırlayıb
Bakı şəhəri, Xətai rayonu, 55 saylı tam orta məktəbin 3- cü sinif şagirdi Zəminə Ağacanlı 1990 -cı il “20 Yanvar” hadisələrinin 31 -ci ildönümünə həsr etdiyi video çarx hazırlayıb.

Zəminə Ağacanlının 8 yaşı var. Yaşının az olmasına baxmayaraq, şəhidlərimizlə bağlı bir neçə video çarx hazırlayıb. 2-ci Qarabağ döyüşləri zamanı da mənfur düşmənin Gəncə şəhərinə və Bərdəyə atılan raket zamanı dağıntılar altında dünyasını dəyişən , sağ qalan insanları , günahsız körpə uşaqları çəkib, hamıya göstərərək, uşaqların ölümünə qarşı etirazını bildirib.

Zəminə Ağacanlı

Bizimyol.info- ya açıqlamasında Zəminə Ağacanlı bildirib ki, biz uşaqlar hec vaxt şəhidlərimizi unutmamalıyıq: “Həmişə onları ziyaret edib, qarşılarında baş eymeliyik . Arzum, işgaldan azad olunan torpaqları tez bir zamanda ziyaret etməkdir . İşğaldan azad olunan torpaqlarımızın alınmasına görə Ali baş komandan, Cənab Prezident İlham Əliyevə öz təşşəkürümü bildirirəm. Qarabag bizimdi ! Qarabag Azərbaycandı. Allah bütün Şəhidlərimizə rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz! “20 Yanvar” şəhidlərimizə Allahdan rəhmət diləyirəm.”

Zəminə Ağacanlının 1990 -cı il “20 Yanvar” hadisıələrinin 31 -ci ildönümünə həsr etdiyi video çarxı Bizmyol.info sizlərə təqdim edir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »