Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanı daha fəlakətli günlər gözləyir”
“Ermənistanı daha fəlakətli günlər gözləyir”

“Lavrovun dünən Moskvada keçirdiyi mətbuat konfransında Ermənistana qarşı açıq tənqidlər var idi. Hazırda Ermənistan siyasi gündəmi və mətbuatında əsas müzakirə Lavrovun Ermənistan rəhbərliyinə ünvanladığı tənqidlərlə bağlıdır”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, Lavrovun mətbuat konfransında 10 noyabr üç tərəfli razılaşması və burada Azərbaycanın razılaşmanın bütün müddəalarına əməl etməsi ilə bağlı fikirlər var idi.

Tural İsmayılov Tural İsmayılov

“Ötən həftə Putin, İlham Əliyevə və Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistan tərəfinin əsas istəyi ondan ibarət idi ki, Hadruta və başqa istiqamətlərə göndərdiyi kəşfiyyat-diversiya quruplarından həbs olunanlar geri qaytarılsın. Lakin bu adamlar müharibə dövründə əsir düşmədiyinə və üç tərəfli razılaşma əldə olunduqdan sonra sırf terrorçuluq məqsədi ilə kəşfiyyat-diversiya qrupu həyata keçirdikləri üçün həbs olunduqlarına görə, onlarla bağlı konkret cinayət işi qaldırılıb. Nikol Paşinyanın bu görüşdə uğursuzluğu, Ermənistan siyasi müxalifətinin yeni müqavimət hərəkatının daha da güclənməsinə səbəb oldu. Bu məsələ üzərindən Ermənistan iqtidarına və Nikol Paşinyana qarşı ciddi etirazlar formalaşıb. Bütün bu baş verənlərdən sonra dünən Lavrovun mətbuat konfransında Ermənistanı əsirlərlə bağlı məlumatı vaxtında və düzgün verməməkdə günahlandırması əslində situatsiyanın hansı məcrada olduğunu göstərir. Lavrovun dünənki çıxışı Azərbaycanın hərbi sahədə qazandığı zəfərin diplomatiya sahəsində də davam etdiyinin növbəti göstəricisi idi. Çünki Ermənistan tərəfin əsirlərlə bağlı ziddiyyətli və vaxtında məlumat verməməsini vurğulayan Lavrov, Azərbaycanın isə vaxtında əsirlərin sayını düzgün verdiyini, bu prosesdə də Ermənistandan üstün olduğunu bir başa etiraf etmiş oldu”.

Tural İsmayılovun sözlərinə görə, 44 günlük müharibədən sonra davam edən situatsiya, həm Moskvadakı görüş, həm Sergey Lvarovun dünən mətbuat konfransında vurğuladığı məsələlər Azərbaycanın bütün sahələrdə Ermənistandan üstün olduğunu bir daha nümayiş etdirdi.

“Ona görə də, Ermənistanda iqtidara kimin gəlməsindən asılı olmayaraq ritorita, faşizm və digərlərini günahlandırmaq “siyasi taktikası” dəyişməyəcəyi təqdirdə bundan sonra Ermənistanı daha fəlakətli günlər gözləyir. Lavrovun açıqlaması ümumilikdə Ermənistanın digər sahələrdə və müharibədən sonrakı davranışlarında da məğlub tərəf olduğunu bir daha nümayiş etdirir. Bundan sonra konkret addımlar atılmasa, təxribatlardan əl çəkilməsə Ermənistanı daha ciddi siyasi xaus və təlatümlərin gözlədiyinin açıq proqnozu hesab etmək olar”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »