Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Dağlıq Qarabağı “erməni tərəfində qalan ərazilər” adlandırdı və status məsələsini Rusiya sülhməramlıları ilə eyniləşdirdi - Politoloqdan açıqlama
Lavrov Dağlıq Qarabağı “erməni tərəfində qalan ərazilər” adlandırdı və status məsələsini Rusiya sülhməramlıları ilə eyniləşdirdi - Politoloqdan açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar Azərbaycan ictimaiyyətində hiddətə səbəb olub.

Lavrov deyib ki, Qarabağın status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib.

O deyib ki bu gün erməni tərəfində qalan ərazilər Rusiya sülhməramlılarının məsuliyyəti zonasına daxildir və bu, elə bugünə olan statusdur.

Onun sözlərinə görə, status məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olmalıdır və onlar bu yaxınlarda regiona təkrar səfər edəcəklər. Sonuncu səfər ötən dekabrda həyata keçirilmişdi.

Lavrov Ermənistan rəsmilərinin Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib ki Ermənistanın Qarabağla əlaqəsi olmalıdır və bu məsələ indiyədək heç vaxt mübahisələndirilməyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Qarabağ müharibəsi bitəndən sonra dəfələrlə Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, status məsələsinin gündəmdə olmadığını vurğulayıb. Ancaq Ermənistan rəsmiləri statusun müəyyənləşdilməsinin vacibliyindən danışırlar.

Azərbaycan Ermənistan rəsmilərinin Qarabağa səfərlərini sərhəd pozuntusu adlandıraraq qəti etirazını bildirib və bu qanun pozuntularının ciddi nəticələri olacağı barədə Ermənistana xəbərdarlıq edib.

“Lavrovun Qarabağın statusu ilə bağlı verdiyi açıqlama Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki Qarabağın status məsələsi yoxdur. Status-kvo beçədir ki Xankəndi, Xocalı, Ağdərə və başqa döyüş yolu ilə azad olunmayan ərazilər Azərbaycanın suveren əraziləridir və Azərbaycanın yuristikasına daxildir. Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədləri bu ərazilərdə də keçərlidir. Rusiya sülhmərmalılarının adını çəkilməsi və status məsələsilə eyniləşdirilməsi ilə bağlı fikirlər tamamilə yolverilməzdir. Status məsələsilə bağlı gözlənilir ki ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya və Yeravana səfər edəcəklər. Amma qeyd etməliyik ki Dağlıq Qarabağ Azərbaycanın ərasidir”.

İlyas Hüseynov İlyas Hüseynov

Bunu Bizimyol.info-ya politoloq İlyas Hüseynov bildirib.

Politoloq Rusiya sülhməramlılarının tez-tez xəritə dəyişməsini də Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olduğunu xatırladıb.

“Lavrovun keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualına verdiyi cavabda bir sıra önəmli məsələlərə toxunub. O, əsirlər və girovlarla bağlı dedi ki Azərbaycanda olan təxribatçı qrupların, diversantların saxlanılması ilə bağlı məsələ 10 noyabr bəyanatı çərçivəsinə daxil deyil. Onlar Azərbaycan tərəfindən terrorçu qrup kimi qiymətləndirilir. Düşünürəm ki, bu haqlı mövqedir. Ermənistan rəsmiləri həmin şəxsləri 10 noyabr bəyənatı çərçivəsində geri qaytarılmasını təklif edirlər”,-deyə politoloq İlyas Hüseynov bildirib.

Ötən il noyabrın 10-da imzalanmış atəşkəs bəyanatına görə Azərbaycanla Ermənistan öz mövqelərində qalıblar, təmas xəttinə Rusiya hərbi kontingenti yerləşdirilib. Azərbaycan 44 günlük müharibə nəticəsində 7 rayonuna və Qarabağın bir hissəsinə nəzarəti geri ala bilib.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar. Bəyanat regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Son xəbərlər
Bütün xəbərlər »