Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə

İsrailin səhiyyə naziri Yuli Edelşteyn bəyan edib ki, ölkədə koronavirusa qarpı vaksinasiya yüksək templə davam edir.

Baş nazir Binyamin Netanyahu isə ölkəsinin koronavirusa ilk qələbə çalan ölkə olacağını vəd edib. Hazırda 2 milyon israilli, yəni əhalini 20 faizi virusa qarşı peyvənd olunub. Ölkənin nüfuzlu mkisrael.co.il portalının baş redaktoru, araşdırmaçı Aleksadr Rozenzaft vaksinasiya ilə bağlı yaranan problemlər barədə danışıb.

“İndiyəcən belə təcrübə olmamışdı deyə xaos və qarışıqlıq da mövcuddur. İsrail ABŞ və Almaniyanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə edir. Bu vaksinin qorunması üçün sərt qaydalar var. Vaksin yalnız xəstəxanada vurula bilər, xəstəxanaya gəlmək imkanı olmayan şəxslərin yanına gedib evində peyvəndləmək mümkün deyil. Tibbi personal həddən artıq bilgili olmalıdır.

Binyamin Netanyahu Binyamin Netanyahu vaksin q'bul edir

Məsələn, donmuş vaksini istifadədən öncə çalxalamaq olmaz. Əks halda müəyyən xüsusiyyətlərini itirir. İkinci dozanı mütləq şəkildə birinci doza vurulan nöqtəyə yeritmək lazımdır. Bunu çox adam bilmir. Bunlara əməl edilməyəndə effekt itir.

Neqativ təsirlər barədə cəmiyyətdə məlumatlar dolaşmağa başlayır. Çoxlarının öncə bilmədikləri yan təsirlər meydana çıxıb. Preparatı alandan sonra virusa yoluxan pasiyentlər var. Vaksinasiyadan sonra ölkə üzrə yoluxma sayı artıb.Ölkənin baş ravvini Meir Lau ikinci dozanı alandan sonra koronavirusa yoluxdu və bərk xəstələndi. Anlamaq lazımdır, o ikinci doza alana qədər yoluxmuşdu, yoxsa ikinci doza onu bu hala saldı.

20 nəfərdə üz sinirində iltihab yaranıb. Lakin bir sutka sonra bu ötüşüb. 70 faiz insanda iynə vurdurduqdan sonra boğulma, ürəkbulanma, qızdırma qeydə alınıb. İndi bir çox israillii eyni sual düşündürür. “Bizi xilas edirlər, yoxsa yoluxdururlar?” . Bütün dünyada olduğu kimi,İsraildə də vaksinin çipləmə üçün edilməsi nəzəriyyəsinin tərəfdarları var. Lakin ümumilikdə israillilər gəzməyi sevən xalq olduqlarına görə, onlar vaksinasiyaya yaxşı baxır, bu xəstəliyin tez bitməsi üçün peyvənd olunurlar”,- deyə jurnalist bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »