Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda Çin peyvəndinin təcili istifadəsinə icazə verildi
Pakistanda Çin peyvəndinin təcili istifadəsinə icazə verildi

Pakistan Çinin “Sinofarm” şirkəti tərəfindən yeni növ koronavirus əleyhinə hazırlanmış peyvəndin təcili istifadəsini təsdiqləyib.

Bu barədə ölkənin Dərman Tənzimləmə Təşkilatı (DRAP) məlumat yayıb. Qeyd olunub ki, Pakistan ərazisində vaksinin tətbiqinə icazə verilib.

Bundan əlavə, Baş nazir İmran Xanın səhiyyə məsləhətçisi Faysal Sultan yanvarın 16-da “Oxford-AstraZeneca” peyvəndinin təcili istifadə üçün təsdiqləndiyini və artıq ölkədə istifadə olunacağını bildirib.

Hökumət fevralın ilk həftəsində ölkəyə 1,1 milyon doza “Sinofarm”ın çatacağını açıqlayıb. Sözügedən peyvəndlə təxminən 500 min insanın vaksinlənməsinin planlaşdırıldığı vurğulanıb.

Qeyd edək ki, Pakistanda 521 mindən çox şəxs koronavirusa yoluxub, 10 min 997 nəfər vəfat edib.(qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »