Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovun Qarabağla bağlı açıqlamalarına Azərbaycandan etirazlar - Politoloqdan açıqlama
Lavrovun Qarabağla bağlı açıqlamalarına Azərbaycandan etirazlar - Politoloqdan açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar Azərbaycan ictimaiyyətində etirazlara səbəb olub.

Erməni jurnalistin Dağlıq Qarabağın statusu barədə verdiyi sualın cavabında Lavrov deyib ki, bu məsələ son dərəcə mürəkkəb olduğuna görə 9 noyabr bəyanatına daxil edilməyib.

O deyib ki, status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib: Bu gün erməni tərəfində qalan ərazilər Rusiya sülhməramlılarının məsuliyyəti zonasına daxildir və bu, elə bugünə olan statusdur”.

Azərbaycanlı jurnalistin Ermənistan rəsmilərinin Qarabağa səfər etmək və orada bəyənatlar vermək haqqının olub-olmaması barədə sualına cavab olaraq Lavrov deyib ki, “Ermənistanın Qarabağla əlaqəsi olmalıdır və bu məsələ indiyədək heç vaxt mübahisələndirilməyib”.

Qeyd edək ki, Azərbaycan Ordusu 44 günlük müharibə ilə Qarabağ münaqişəsinə son qoyub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Keçmiş Dağlıq Qarabağın bir hissəsi hazırda rus sülhməramlılarının nəzarətindədir. Laçın dəhlizinə də rus sülhməramlıları nəzarət edir və ordan Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə daxil olmasına şərait yaradılır.

Azərbaycan Prezidenti İlham Əliyev bu sərhəd pozuntusuna qəti etirazını bildirib və bu qanun pozuntularının ciddi nəticələri olacağı barədə Ermənistana xəbərdarlıq edib.

Xatırladaq ki, İlham Əliyev 2020-ci ilin yayında Ermənistan rəhbərliyinə Şuşada “Yallı getməsinin” ağır nəticələri olacağını deyəndə erməni tərəfi bunu ciddiyə almamışdı. Nəticəsini bütün dünya gördü.

Prezident İlham Əliyev artıq növbəti xəbərdarlığını edib və artıq onun zarafat etmədiyi hamıya bəllidir.

“Rusiyanın Qarabağla bağlı qəti mövqeyini Prezident Putin açıq şəkildə ifadə edib. Kreml Qarabağın həm dağlıq, həm də ətraf ərazilərini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Burada heç bir anlaşılmazlıq yoxdur. Lavrov da bu tezisə söykənərək Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınmasının Moskvanın gündəliyində olmadığını ifadə etdi”.

Ceyhun Əhmədli Ceyhun Əhmədli

Bunu Bizimyol.info-ya politoloq Ceyhun Əhmədli bildirib.

Politoloq vurğulayıb ki bütün bunlar Azərbaycan sülhməramlıların fəaliyyətindən tam razıdır deməyə əsas vermir: “Bu məsələdə hələ ki, narahatlıqlarımz var. Çözülməmiş məsələlər mövcuddur. Hazırkı məqamda ən vacib məsələ Qarabağa qanunsuz səfərlərin qarşısının alınmasıdır. Laçın dəhlizinin təhlükəsizliyinə Rusiya zəmanət verdiyi üçün bu məsələdə əsas məsul tərəf sülhməramlı kontingentdir. Sülhməramlılar qanunsuz səfərlərə imkan verməməlidir. Moskva görüşündə bu məsələyə aydınlıq gətirilməsə də, düşünürəm ki, növbəti toplantılarda sülhməramləların statusu, funksiyaları və fəaliyyət prinsipləri dəqiqləşdirilməlidir. Azərbaycan Prezidenti bu məsələdə prinsipiallıq göstərir. Ona görə də yaxın vaxtlarda bu istiqamətdə real addımların şahidi ola biləcəyimizə ümid edirəm”.

Son xəbərlər
Bütün xəbərlər »