Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
"Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan

Bu, birinci dəfə deyil. Tarix boyu həmişə qorxa-qorxa yaşayıblar və indi də hər səsdən diksinirlər.

Bu dəfə Azərbaycan-Türkiyə birgə təlimlərindən qorxmağa başlayıblar. Bizimyol.info xəbər verir ki, iki qardaş ölkənin birgə təlimlərə hazırlaşması Ermənistanda hay-küyə səbəb olub. Bu təlimlərdə özlərinə qarşı hədə görürlər.

"Birgə Azərbaycan-Türkyə təlimləri ilə bizə xatırladırlar ki, aktiv əməliyyatlar onların gündəmindən xaric edilməyib. Ermənistanın siyasəti bütün bunları nəzərə almalıdır",- deyə "Henaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan yerli mətbuata açıqlamasında deyib.

Tiqran Abramyan Tiqran Abramyan

Onun fikrincə, Ankara və Bakı Ermənistana qarşı psixoloji təzyiq alətləri əldə ediblər və bunlardan istifadə etməklə Ermənistanı həyəcan altında saxlamağa çalışırlar: "Türkiyə və Azərbaycan hədəflərini gizlətmir. Bu da Ermənistan və "Artsax" üçün təhlükədir. Türkiyə və Azərbaycan son düşmənçiliklərdən sonra da, Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən Sünik (Zəngəzur - red.) bölgəsinə qarşı iddialar irəli sürməyə davam edirlər. Çünki zaman və son hadisələr göstərdi ki, onların güc yolu ilə, əməliyyatlarla öz məqsədlərinə çatmaq üçün qarşılarında heç bir maneə yoxdur".

Xatırladaq ki, Türkiyə və Azərbaycan ağır texnika, aviasiya və xüsusi təyinatlı qüvvələrinin də iştirakı ilə qardaş ölkənin Qars vilayətində ortaq təlimlər keçirməyi planlaşdırır. Təlimlərin Ermənistanla sərhəd bölgəsində keçirilməsi onsuz da səksəkədə yaşayan oyuncaq dövləti daha da həyəcanlandırıb.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Abramyanın fikrincə, yaxın gələcəkdə təkrarən Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi gözlənilir ki, bu da aktiv əməliyyatların hələ də Azərbaycan-Türkiyə gündəmində əsas yerlərdən birini tutduğunu göstərir. O deyib ki, siyasətimizi bütün bunları nəzərə almaqla qurmalıyıq.

“Təəssüf ki, son əməliyyatlar nəticəsində Azərbaycan və Türkiyə Ermənistana qarşı çoxlu sayda psixoloji təsir rıçaqları qazandılar. Bu təlim də bunlardan biridir. Nəzərə alınmalıdır ki, bölgədə üstünlük qazanmaq, rəqiblərini qabaqlamaq üçün böyük ambisiyaları var, bölgədəki mövqelərini gücləndirmək üçün hər şeyi edirlər, bu da həmin təzahürlərdən biridir. Təlimlərdə iştirak edən qüvvələrin bizə düşmən olduğunu nəzərə alsaq, davranışları onsuz da narahatlığımıza səbəb olmalıdır",- deyə o, həyəcanını ifadə edib.

Bölgədə Ermənistanla sərhəddə keçirilən təlimləri nəzərə alaraq, Abramyan Ermənistanın da təlimlər keçirməsinin lazım olduğunu bildirib.

Təbii ki, bu təklif kifayət qədər ülünc səslənir. Anlamaq olmur ki, biabırçı məğlubiyyətə imza atan ölkənin təlim keçirməsi tamaşaçılarda gülüşdən başqa hansı reaksiyanı doğura bilər və ya bu təlimlər Azərbaycan-Türkiyə birliyini necə qorxudacaq...

Ağrı dağı, Iğdırdan görüntü Ağrı dağı, Iğdırdan görüntü

Abramyan deyib ki, Baş Qərargahın hər il üçün hazırlıq planı var və bu planda təlimlərin keçirilməsi də nəzərdə tutulur: "Bu vəziyyətdə təlimlərin keçirilməsi, qoşunlarda sayıqlığı artırmaq və ya təhdidləri təsirsiz hala gətirmək üçün tədbirlər görülməlidir. Amma bununla bağlı qərar Baş qərargah tərəfindən verilməlidir".

Son xəbərlər
Bütün xəbərlər »