Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhməd İsmayılov: Maliyyə məqsədli şəkildə və müsabiqə yolu ilə ayrılacaq
Əhməd İsmayılov: Maliyyə məqsədli şəkildə və müsabiqə yolu ilə ayrılacaq

KİVDF-nin ləğv edilərək, onun bazasında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması mətbuat işçiləri tərəfindən hadisə kimi qarşılandı. Bir müddət öncə, KİVDF tərəfindən çap mediasına göstərilən ikili standart bir çox qəzetlərin bağlanması, bunun nəticəsi olaraq da çoxlu sayda KİV nümayəndəsinin işsiz qalması ilə nəticələndi.

Media Agentliyinin yaradılması ilə milli mətbuatımızın klassik ənənələrinin yeni, daha modern, daha çevik, xaosa, özbaşınalığa yol verməyən hüquqi platformaya daşınması yolunda irəliləyirikmi? Medianın İnkişafı Agentliyini plan və perspektivlər nələrdir? Bizimyol.info xəbər verir ki, bu suallara agentliyin rəhbəri Əhməd İsmayılov İctimai TV-nin efirində cavab verib.

“Medianın İnkişafı Agentliyinin yaradılmasında məqsədi medaiya iqtisadi dəstək göstərmək deyil. Adından göründüyü kimi və nizamnaməmizə uyğun olaraq, agentlik medianın ümumi inkişafına dəstək göstərilməsi məqsədilə yaradılıb. Maddi dəstək göstərilməsi bizim funksiyalarımızdan yalnız biridir. Maliyyə dəstəyi də məqsədli olmalıdır. Söhbət müsabiqəli əsaslarla maliyyə dəstəyindən gedir. Eyni zamanda bu dəstək birinci mərhələdə müəyyən həddə qədər ola bilər. Bu da media subyektinin biznes strukturuna çevrilməsinə, özünün özünü iqtisadi cəhətdən dəstələyə bilməsi üçündür. Media Agentliyinin əsas vəzifələrindən biri keyfiyyətli idarəetmə sisteminin yaradalmasına dəstək göstərməkdir.

Bu gün media subyektlərinin əsas vəzifəsi kütləvi informasiyanı toplamaq , ötürmək və bundan gəlir əldə etməkdir. Media qurumları informasiyanın satışından və reklamdan gəlir əldə edir. Agentlik yalnız müəyyən laihələrlə dəstək göstərə bilər və bu çətin bir prosesdir. Bizim medaiya dəstyimiz metodiki və texniki dəstək layihələri ilə nəzərdə tutulur. İqtisadi müstəqillik dedikdə biz bunu nəzərdə tuturuq və hesab edirik ki, bu doğru modeldir”,- deyə agentlik rəhbəri qeyd edib.

O bildirib ki, Agentlik reklam bazarının ədalətli paylaşılması barədə təkliflərə açıqdır.

“Təkliflər bankı yaratmaq istəyirik. Əmin ola bilərsiniz ki, bütün təklifləri monitorinq edib, nəticə çıxaracağıq. Məqsəd ölkə mediasını inkişaf etdirməkdir.Təcrübəli media işçilərindən fikirlər gözləyirik. Bunun əsasında layihələr hazırlayacağıq.İstər xarici, istər yerli jurnalist təşkilatları ilə iş nəzərdə tutulub. Medainın inkiaşfından danışırqsa, bu işlər görülməlidir. Biz islahatlardan danışırqsa, sistemli yanaşma sərgiləməliyik. Mən hamını, o cümlədən nüfuzlu və təcrübəli jurnalistlərimizi obyektiv və medianın ikişafına gətirib çıxaracaq təkliflərlə müraciət etməyə çağırıram. Ola bilər, sizin təklifləriniz bizim təkliflərimizin daha da inkişaf etdirilməsinə yardım edəcək. Bu anlamda birgə müzakirələrə açığıq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »