Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabineti deputatın tələbini yerinə yetirdi
Nazirlər Kabineti

Baş nazirin müavini Şahin Mustafayev Milli Məclisdə Mingəçeviri təmsil edən deputat Aydın Mirzəzadənin Nazirlər Kabinetinə ünvanladığı müraciətini cavablandırıb.

Bununla bağlı deputat Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.

Müraciət Mingəçevir şəhərində kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarının, həyətyanı sahələrin, parkların, xiyabanların, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin ərazisindəki yaşıllıqların suvarılması ilə əlaqədardır.

Şahin Mustafayev müraciətə cavabda bildirib ki, Mingəçevir şəhərinin suvarma suyu ilə təchizatının həyata keçirilməsinə dair təkliflərin təqdim edilməsi barədə aidiyyəti qurumlara tapşırıq verilib.

“Təkliflər təhlil edildikdən sonra İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülərək, şəhərdaxili suvarma sisteminin layihəsinin hazırlanması və yenidən qurulması məqsədəuyğun hesab edilib”, - deyə Ş.Mustafayev əlavə edib.(oxu.az)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »