Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vaksinasiya olunan şəxslər arasında allergiya və ölüm halları ola bilər, amma başqa çarəmiz yoxdur”- Həkim
Müşfiq Hüseynov

“Peyvəndlənmə bu kimi infeksiyalarda, pandemiyada son çarədir. Hər kəsi vaksinasiya olunmağa çağırıram”.

Bunu Bizimyol.info-ya həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.

Həkim qeyd edib ki, hazırda xüsusi risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsinə başlanılıb və bu proses sürətlə daha çox insanda aparılmalıdır: “”Deyilənə görə, peyvəndlənmiş şəxslərə pasportlar veriləcək. Bu sənəd xarici səfərlər üçün önəmlidir. Xatırladaq ki, Çində bir nəfərin yeni növ koronavirusa yoluxmasından başlayan virus ölkələrə yayıldı, pandemiya vəziyyəti aldı. Ona görə bütün ölkələrə bu xəstəliyə diqqətlə yanaşırlar. Arzuolunandır ki mümkün qədər tez bir zamanda daha çox insan vaksinasiya olunsun”.

M.Hüseynov peyvəndlənmə ilə bağlı cəmiyyətdə yaradılan təlaşa da münasibət bildirdi: “Bir zamanlar “koronovirus yoxdur”, “bu, qlobal güclərin oyunudur” deyənlərin hüquqi və tibbi əsası olmadığı kimi indi də peyvəndlənmədən imtina edənlərin əsası yoxdur.

İstənilən dərmanda və vaksində 100 faiz effekt yoxdur və heç vaxt da olmayıb. Vaksinin 90 faizdən çox müsbət təsiri olur. Odur ki vaksinin vurulduğu hər 1000 adamda 100-də ya vaksin effektiv olmayacaq, ya da müxtəlif allergiya halları olacaq. Hətta pasiyent ölə də bilər. Sadaladığım hallar Norveçdə, Amerikada baş verib. Hətta Amerikada vaksin olunmuş pasieyntin üz iflici olub. Yəni hər kəs vaksindən yaxşı mənada faydalanacaq deyilən bir şey yoxdur. Amma nə qədər çox əhali vaksinasiya olunsa, həyat normallaşar. Bu gün başqa çıxış yolu yoxdur”.

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »