Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçın dəhlizi Türkiyə və Rusiya arasında fikir ayrılığı yaradıb
Laçın dəhlizi

Ötən həftə Ərdoğan və Çavuşoğlunun çox mühüm açıqlamalarının şahidi olduq. Bu açıqlamalar əslində Rusiyaya yönəlmiş mesajlar idi və Türkiyə bölgədə öz varlığının sadəcə ad xatirinə olmadığını, məslələrə prinsipial mövqe ilə yanaşacağını sərgiləmiş oldu.

Belə ki, ötən həftə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğa gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə hazırlaşmağın gərəkli olduğunu bəyan etdi:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da eyni mövqe sərgiləyərək, Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib. Nazir deyib ki, sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı təşviq edirlər. O bildirib ki, əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır:

“Qarabağ Azərbaycan torpağıdır. Azərbaycandan icazəsiz hərəkət edilməməlidir. Siz, sülhməramlı olaraq varsınız, kimlərin bölgəyə gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”,- deyə Türkiyə XİN başçısı bəyan edib.

Bu məsələdə qardaş ölkənin prinsipial mövqeyi onu deməyə əsas verir ki, hazırda bu iki dövlət regionda öz varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparır.Rusiya Türkiyənin regiondan çıxması üçün özü də burdan çıxmağa razı olacaq. Türkiyə bunun üçün nə lazımdırsa edəcək. Ərdoğanın Putinə “sülhməramlıların lazım olmayacağı dövrün gələcəyini” eşitdirməsi buna sübutdur.

Zaur Məmmədov Zaur Məmmədov

Politoloq Zaur Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Ərdoğan və Çavuşoğlunun ötən həftə verdikləri bu açıqlamalar onların Qarabağdakı prinsipial mövqeyinin göstəricisidir.

“Məlum oldu ki, rəsmi Ankaranın bəzi məqamlarda mövqeyi Moskva ilə ziddiyət təşkil edir. Bu Laçın dəhlizinə Azərbaycanın nəzarət etməsi, bir müddət sonra sülhməramlıların Ermənista və Azərbaycan arasında nəzarətdən geri çəkilməsi və Minsk qrupunun tərkibində fəallıqla bağlıdır .Belə ki, Türkiyə Minsk qrupunun tərkibində gələcəkdə nizamlanma prosesinin mümkünlüyünü qəbul edir.

Moskva Ankaraının Cənubi Qafqazda bəzi maraqlarını nəzərə almaq istəməyib, buna görə Türkiyə öz etiraz səsini ucaldıb. Ötən həftə Ərdoğanın və Çavuşoğlunun sülhməramlılar, Laçın dəhlizi və Minsk qrupu haqqında dedikləri Ankara və Moskva arasında telefon danışıqlarının nəticəsiz bitdiyinin göstəricisidir. Türkiyə lideri və XİN rəhbərinin dedikləri əslində həm Türkiyənin, həm də Azərbaycanın birmənalı mövqeyinin səsləndirilməsidir.

Belə düşünməyə əsas var ki, tezliklə Rusiya ,Türkiyə və Azərbaycan arasında tezliklə məsələ ilə bağlı yenidən müzakirələr başlaya bilər”.

İlhamə

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »