Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama

Bu gün Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan "Sinovac" peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.

Peyvəndlənmənin başlanması ilə yanaşı COVİD 19-a qarşı vaksinasiya ilə bağlı cəmiyyətdə təlaş yaradılıb. Bəziləri peyvəndlənməyi təbliğ edir, bəziləri isə peyvəndlənməyə qarşı çıxır-vaksindən imtina etməyə çağırır.

Bizimyol.info-ya açıqlama verən həkim Sevindik Şirinov bildirib ki, məhz virusa qarşı məsuliyyətsiz yanaşmalar nəticəsində bu xəstəliyə yoluxma faktı pik həddə çatdı.

“Bildiyiniz kimi bu gündən birinci mərhələli planlı şəkildə ölkəmizə gətirilən Çin Respublikasının Sinovac şirkətinin istehsalı olan vaksinlərdən istifadə etməklə vaksinasiya prosesinə start verildi.

COVİD-19-a ilkin yoluxma faktı Azərbaycanda müşahidə etdikdə artıq bəzi insanlar virusun mövcudluğuna inanmırdılar. Məhz virusa qarşı məsuliyyətsiz yanaşmalar nəticəsində bu xəstəliyə yoluxma faktı pik həddə çatdı. Həmçinin bu gün də bəziləri vaksinə inanmır. Qeyd etmək istərdim ki, COVİD-19-a qarşı olan vaksinlər klinik sınaqlardan keçirildikdən sonra ölkəmizə gətirilib.

Məlum məsələdir ki, biz bu vaxta kimi zaman etibarilə bir sıra yolxucu xəstəliklərə qarşı vaksinasiya olmuşuq. Yəni vaksin bizim həyatımızda ilk deyil. Bəli, bütün dünyada olduğu kimi COVİD-19-a qarşı vaksinasiya ilkdir. Əhalimizi əsassız şaiələrə yox, elmi sübuta yetirilmiş məlumatlara inanmağa dəvət edirəm”,-deyə S.Şirinov bildirib.

Həkim qeyd edib ki, hər birimiz özümüzün, ailəmizin və ölkəmizin sağlamlığı üçün, normal həyata qayıtmaq üçün vaksinasiya olmalıyıq: “Vaksin özü-özlüyündə xəstəliyin ölmüş və ya zəiflədilmiş mikroblarin ifraz etdiyi antigen xassəli madələrdir.

Fərd olaraq hər birimizə hər hansı dərman vasitəsi bədənimizə yeritdiyi zaman organizmimiz həmin yadd maddəyə qarşı allergik reaksiyasını göstərəcək. Bunun üçün də hamımımızın orqanizmi eyni deyildir. Ona görə vaksinasiyadan öncə əyani həkim qəbulu və obyektiv müayinə mütləqdir. Ölkəmizdə bu prosesi tənzimləyiblər və planlı şəkildə vaksinasiya aparılır”.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. İndiyədək ölkədə 226 minə yaxın şəxs Covid-19 virusuna yoluxub, 3 minə yaxın şəxs ölüb.

Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev da peyvənd olunublar.

Son xəbərlər
Bütün xəbərlər »