Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib
Sergey Lavrov

“Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfəri zamanı niyə Azərbaycan tərəfindən icazə alınmır? Rusiya sülhməramlıları bu məsələni necə nizamlayacaq” sualına cavabında deyib.

S. Lavrov bildirib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni heç kim heç vaxt inkar etməyib: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılığının predmetidir. 9 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »