Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunun "8 noyabr" və digər 2 stansiyasına yeni rəis təyin olunub
Metro

“Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlil isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni təyinatları “Report”a təsdiq edib.

Xatırladaq ki, metronun paytaxtın Nəsimi rayonunda, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində (hərbi hospitalla üzbəüz) tikintisi davam edən yeni stansiyasına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü münasibətilə “8 Noyabr” adı verilib. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilir.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »