Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Yeni səfirlik açdığımız 39 ölkə ilə ticarət həcmi 27 faiz artıb”
Mövlud Çavuşoğlu

“Türkiyə Avropanın şərqində, Asiyanın isə ən qərbində yerləşən ölkədir. Bu nadir mövqeyimizi ən yaxşı şəkildə dəyərləndirməliyik. Türk millətinin ən qiymətli xüsusiyyəti təşəbbüskarlığıdır. Hansı ölkəyə getsək, orada mütləq bir neçə türk təşəbbüskara rast gəlirik. Biz də türkün bu özəlliyini xarici siyasətimizə yönəldirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyənin Asiya ölkələri ilə ticarətinin inkişafında yeni perspektivlər” mövzusunda çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Türkiyənin xarici ölkələrdəki səfirlərinə ən çox iqtisadiyyat və ticarət siyasətində səlahiyyətlər verilib: “Bu gün yeni təyinat alan səfirlərimizə müraciət edəcəyəm. Eyni şəkildə bu məsələni onlara bir daha xatırladacağam. Çünki Türkiyənin ixracatını artırmaq ən vacib məsələdir. Əlimizdə Mərkəzi Bankımızın maraqlı bir hesabatı var. 39 ölkədə yeni səfirlik açmışıq. Türkiyə Mərkəzi Bankının hesabatına görə, həmin ölkələrlə ticarət həcmi 27 faiz artıb”.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »