Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ailəsindən xəbərsiz döyüşlərə könüllü olaraq qeydiyyatdan keçmişdi”
“Ailəsindən xəbərsiz döyüşlərə könüllü olaraq qeydiyyatdan keçmişdi”

Vətən müharibəsi qəhrəmanlarından biri də Əliyev Saleh Namiq oğludur. O, 1992-ci il avqustun 18-də Sabunçu rayonu Zabrat qəsəbəsindən anadan olub. Əslən Füzuli rayonundan olan Saleh 2007-ci ildə 71 saylı tam orta məktəbi bitirmiş və BITK kollecinə qəbul olmuşdur. Məktəb vaxtı vətənə bağlılığı, bayrağa sevgisi ilə hər kəsdən fərqlənən Saleh Qarabağ həsrəti ilə yaşayırdı.

Salehin dayısı Sərvər bəyin sözlərinə görə, tanıyan hər kəs onun vətən sevgisini bilirdi.

“2014-cü ilin iyul ayının 7-si hərbi xidmətə gülə-gülə, bayrağ çiynində yola düşmüşdü və 2016-cı ildə həqiqi hərbi xidmətini layiqincə başa vurub qayıtmışdı. 2020-ci ilin iyul ayında şəhid Polad Həşimovun ölümündən sonra, ailəsindən xəbərsiz dostları ilə birlikdə döyüşlərə könüllü olaraq qeydiyyatdan keçmişdi. Sentyabrın 21-də təlimə çağırılmışdı. Sentyabrın 27-si Vətən mübaribəsində könüllü olaraq döyüşlərdə iştirak etmişdi. Hər döyüşdən gələndə ailəsi ilə əlaqə saxlayırdı, anasına döyüşdə olduğunu deyil, təlimdə olduğunu deyirdi”.

Şəhidin dayısı bildirir ki, Saleh sonuncu dəfə oktyabrın 15-də anasına zəng edərək : "Hər şey yaxşıdır, inşAllah hər şey yaxşı olacaq qələbə bizimdir! Özünüzdən müğayət olun. Axşam vaxtım olsa zəng edəcəm"-deyə bildirib.

“Elə həmin gün axşam saatlarında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Salehin komandiri onunla bağlı haqqında danışarkən: "Salehin igid oğul olduğunu söyləyirdi. Döyüşlərdə heç nədən qorxmadığını əksinə düşmənlərə göz dağı verirdiyini deyirdi."”,-deyə bildirir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ailələrinə səbr versin!

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »