Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVİD-19-a qarşı peyvənd olunan həkimdən açıqlama
COVİD-19-a qarşı peyvənd olunan həkimdən açıqlama

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib.

Azərbaycan hökuməti peyvəndləmənin könüllü olduğunu bildirib və onun dövlət hesabına aparılacağını açıqlayıb.

Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan "Sinovac" peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.

Nail Ömərov - həkim

COVID-19-a əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupuna daxil olan səhiyyə işçilərindən biri-həkim Nail Ömərov Bizimyol.info-ya açıqlamasında peyvənd olunduğunu bildirib.

O, peyvənd olunan həkimlərin vaksinasiya zamanı şəkilləri çəkib paylaşmağı tövsiyyə edib: “Mən peyvəndlənməyi təbliğ edirəm. Özüm də peyvənd olunmuşam və 28 gün sonra təkrarı 2-ci doza peyvənd olacam. Buna qarşı təbliğat aparanları isə insanları səhv yönəltməməyi məsləhət görərdim. Bu xəstəlikdən qurtulmaq və normal həyata qayıtmaq istəyiriksə cəmiyyətin böyük hissəsi peyvənd olunmalıdır”.

N.Ömərov qeyd edib ki, 100 il bundan qabaq yayılmış ispan qripini və ondan öncə dünyada olmuş ciddi pandemiyalar 1-2 il arası təsirli olub: “Nəzərə alsaq ki, indiki dövrdə texnologiya 100 il bundan qabağa görə daha çox irəlidədi və peyvəndlər artıq kəşf olunub. Mən pandemiyanın davam etmə müddətinə görə nikbinəm və peyvəndləmə bu müddəti daha da qısaladacaq.

Qeyd edim ki, hər bir dərmanın istənməyən təsiri ola bilər. Adi içdiyiniz başağrısı dərmanı belə mədə dəlinməsinə səbəb ola bilər. Peyvəndləmədən sonra bəzi ölkələrdə istənməyən ölüm halları və üz iflici olub. Amma bunun peyvəndə yoxsa başqa xestəliyə bağlı olduğu hələ ki, dəqiq deyil. Həm də bu hallar çox azdır. Bunu nəzərə alaraq peyvəndləmə mütləq olmalıdır”.

Son xəbərlər
Bütün xəbərlər »