Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” gözlənilən hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq
“Azərişıq” gözlənilən hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq

Milli Hidrometrologiya Departamentindən daxil olan məlumata əsasən yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri - sabit keçəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, “Azərişıq” ASC Mətbuat xidmətinin verdiyi məlumata görə, gücləndirilmiş iş rejimində çalışan “Azərişıq” ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

Son xəbərlər
Bütün xəbərlər »