Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Postmüharibə dövrü üçün yeni sosial dəstək paketinin hədəfləri açıqlanıb
Postmüharibə dövrü üçün yeni sosial dəstək paketinin hədəfləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 11000 nəfər sosial dəstəklə əhatə olunub. Bu insanlar müharibə iştirakçıları, şəhid ailəsi üzvləri, erməni terrorundan əziyyət çəkənlər və onların ailə üzvləridirlər.

O cümlədən, 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib.3200 nəfərə psixoloji dəstək göstərilib.

125 hərbçi protezlə təmin olunub, onlardan 6 nəfərinə yüksək texnologiyalı protezlər tətbiq olunub. 2000 nəfərdən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub.

1500 nəfər ev, 400 nəfər avtomobillə təmin olunub.Ümumilikdə bu günə qədər 9100 nəfərə mənzil,7200 nəfərə avtomobil verilib.

Yeni sosial dəstək paketinin əhatə dairəsi 100 min nəfəri ehtiva edir. Belə ki təqdim olunan təqaüdlərdə artım baş tutub.

Prezidentin aylıq təqaüdlərində və sosial dəstək paketlərində artım olub.

Görülən tədbirlər kampaniya xarakterli olmayıb, müntəzəm davam etdiriləcək.2021-ci ilin hədəflərində işğaldan edilmiş ərazilərdə sosil infrastrukturun qurulması hədəflənir.

Sosial həssas qrupların məzil və avtomobillə təminatı, Prezident təqaüdlərində artımın təmin edilməsi və təsis olunmuş yeni təqaüdlərin ödənməsi, özünüməşğulluq proqramlarıa 16000 nəfərin cəlb edilməsi ( ötən ildən 33% çox), pensiyaların ilin əvvəlindən indeksləşdirilərək artırılması, nazirliyin elektron xidmətlərinin 61-dən 100-ə çatdırılması, ehtiyacı olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsinin artırılması da 2021-ci ilin hədəfləri sırasındadır.Həmçinin Şağan, Şəmkir, Şamaxı və Qəbələdə yeni reabilitasiya mərkəzlərinin açılması da nəzərdə tutulub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »