Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hökümətindən olimpiada açıqlaması
Yaponiya hökümətindən olimpiada açıqlaması

Pandemiyaya baxmayaraq, Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını nəzərdə tutulan qrafik əsasında keçirmək niyyətindədir.

Bu barədə hökumət sözçüsü Katsunobu Kato "France24" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, ölkə rəhbərliyinin olimpiada ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur: "Təşkilati məsələlərə cavabdeh insanlar Oyunlara uğurla hazırlaşmaq və onu yüksək səviyyədə keçirmək üçün birgə çalışırlar. Hökumət onlara dəstək vermək üçün istənilən tədbiri görəcək".

Daha əvvəl "Kyodo" agentliyinin sorğu nəticələrinə əsasən, Yaponiya sakinlərinin 80 faizə yaxını olimpiadanın növbəti dəfə təxirə salınmasını və ya ləğvini istəyib.

Qeyd edək ki, Tokio olimpiadası bu il 23 iyul - 8 avqusta təxirə salınıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »