Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamenti Qarabağala bağlı məsələsini gündəliyə salmayıb
Ermənistan parlamenti Qarabağala bağlı məsələsini gündəliyə salmayıb

Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsinin gündəliyə salınmasının təşəbbüskarı müxalif “Çiçəklənən Ermənistan” fraksiyası olub.

Parlamentdə 132 yerdən 84-nə sahib olan hakim “Mənim addımım” partiyası isə bunun əksinə çıxış edib, bildirib ki, parlamentin məlum məsələni müzakirə etmək hüququ yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »