Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq.

Bu Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır.

Sənədə əsasən, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan 4 mütləq texniki şərtdən biridir.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu qərar insanlar tərəfindən normal qarşılanmalıdır.

“Bu gözlənilirdi. Bu barədə əvvəlcədən də demişdilər. Pasport verilməsi ilə bağlı qərarı normal sayıram, çünki bu virus 1 nəfərdə yarandı və bütün dünyaya yayıldı. Düşünürəm ki, peyvənd olunmamış 1 nəfər belə qalarsa, həmin insandan digərlərinə keçmək ehtimalı çox böyükdür.

Hazırda xarici səfərlərə getmət üçün əvvəlcə COVİD testi verilir. Həmin şəxs yenidən ölkəsinə geri qayıtdıqda yenidən test verməli olur. Bu yenə də “qaranti”ya demək deyil, çünki istənilən yoluxma 1 həftə, 10 gündən sonra özünü göstərə bilir. Bu təsdiq olunmasa, gərək dünya üzrə bütün trafikin hamısı dayansın. Bu işin tək çarəsi kütləvi şəkildə əhalinin vaksin olunmasıdır. Ən azı 35 yaşdan yuxarıların peyvənd olunmasını tövsiyyə edirəm. İnsanlar nə qədər tez peyvənd olunarsa, karantin də bir o qədər tez bitər və normal həyatımıza dönərik. Nə qədər gec peyvəndlənmə işləri aparılacaqsa, o qədər uzanacaq bu vəziyyət. Əhalinin böyük bir hissəsi peyvənd olunmasa karantin apreldə də bitməyəcək. Azı iyun ayına kimi biz bu vəziyyətdə yaşamağa məcbur olacağıq”.

Həkimin sözlərinə görə, Covidin yayıldığı ilk günlərdə necə ki, heç bir hüquqi, tibbi, siyasi kökü olmayan versiyalar səslənirdisə, indi də eyni şey peyvənd barədə davam edir.

“Dünyanın heç bir peyvəndi 100 faiz nəticə göstərmir. Ən yaxşı test nəticələri 91-92 faiz peyvənddən gələn xeyri göstərir. Peyvənd 10 nəfərdən 9-unda 100 faizlik nəticə göstərəcək. Əgər insanda çox ağır allergik, xroniki xəstəliklər və ya hər hansısa başqa bir ciddi xəstəlik varsa o ağırlaşa bilər. Bu 100 milyonda 1-2 nəfər deməkdir. Bundan qorxmaq lazım deyil. Tövsiyyə edirəm ki, əsassız söhbətlərə fikir verməsinlər. Peyvənd olunsunlar ki, ölkə olaraq bu vəziyyətdən tezliklə çıxa bilək”,-deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »