Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən il 77 min ailə ünvanlı sosial yardım alıb
Manat - Maaş

“Pandemiya dövründə ən riskli qrup 65 yaşdan yuxarı şəxslər idi, ona görə əsas diqqət pensiya təyinatına yönləndirilmişdi”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən ilin əvvəlində pensiya 16 faiz artırılaraq 300 manata çatdırılıb, yaşa görə pensiya 330 manata çatıb.

Ötən il pensiya alanlar 1 milyon 250 min, prezident təqaüdü alanlar 300 min, sosial müavinət alanlar 500 min nəfər, ünvanlı sosial yardım alanlar 77 min ailə (322 min nəfəri) olub. Pensiya təminatı 4,5 milyard manat, müavinət və təqaüd 1 milyard 50 milyon, ünvanlı sosial yardım üçün 216 milyon manat, ümumilikdə 5 milyard 743 milyon manat ayrılıb.(apa)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »