Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir
iran bayrağı

Tehran İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasına ev sahibliyi edir.

APA-nın Tehran bürosunun məlumatına görə, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası bu gün Tehranda işinə başlayıb.

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bununla bağlı öz “Twitter” səhifəsində yazıb: “Sabah Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək".

Musəvi Tehranda keçiriləcək ikigünlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib adlandırıb.

İclas ərəfəsində İran səfiri Azərbaycanın bir sıra iqtisadi rəsmiləri ilə, o cümlədən Sahibkarlar Konfederasiyasının prezidenti və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri ilə görüşüb və iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirib.

Qeyd edək ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »